Şirkət resurslarının səmərəliliyi

İSTEHSALÇILARIN YAXŞI RESURS PLANLAŞDIRILMASINA EHTİYAC DUYDUQLARINI GÖSTƏRƏN 6 SƏBƏB

 

 



İstehsal resurslarının yaxşı idarə edilməsi üçün şirkətinizin məqsəd və imkanlarını hərtərəfli başa düşmək lazımdır. Resursların monitorinqi və istifadəsi effektivliyi artırır və bütün biznes proseslərinin inkişafına kömək edir.

Resursların idarə edilməsi planlaşdırma, iş qrafikini təyin etmə və resursların müvafiq olaraq bölüşdürülməsi vasitəsilə effektivliyin artırılması ilə bağlıdır. Resurs müəyyən bacarıqlara sahib olan işçilər və ya yeni proqram təminatı\avadanlıqların istifadə olunması daxil olmaqla tapşırıq və ya prosesi icra etmək üçün ehtiyac duyulan hər şey ola bilər.

İstehsalçılar tərəfindən resursların yaxşı idarə edilməsinin əhəmiyyətini göstərən 6 əsas səbəbi aşağıda qeyd etmişik. 

Odoo image and text block

Gözlənilməyən problemlərin qarşısını almaq 

Başlanğıcdan resurslarınızı tam şəkildə başa düşməyə imkan verən biznes sisteminə sahib olmaqla resurslarınızı bölüşdürə və çatışmazlıqlardan qaça biləcəyiniz hərtərəfli plan tərtib edə bilərsiniz. Bu potensial problemlərin və boşluqların baş verməzdən əvvəl sizin tərəfinizdən aşkarlanmasına və gözlənilməz halların idarə edilməsi üçün ehtiyat planları yaratmağa imkan verir. 

Təhlükəsizlik şəbəkəsini təmin etmək

Bəzən layihələr və ya istehsal onlar üçün tələb olunan resursların çatışmazlığı səbəbindən dağıla bilər. Resurs planlaşdırılması və idarəsinin dolğun və əyani proses vasitəsilə istifadənizdəki resurslardan maksimum istifadə etdiyinizi göstərə bilərsiniz və resurs planlaşdırılmasını davamlı şəkildə inkişaf etdirə bilərsiniz.

Odoo image and text block

Tükənmənin qarşısını almaq  

Effektiv resurs planlaşdırılması ilə maddi və insan resurslarının həddən artıq istifadəsi və onlardan aşırı asılılığa qarşı qoruna bilərsiniz. Hər bir insan və maddi resursların əməliyyat prosesləri haqqında məlumat almaqla işçilərinizi məcbur etmədən onlardan daha çox faydalana bilərsiniz. Həmçinin natamam istifadəyə də diqqət ayıra bilərsiniz.  

Effektivliyin ölçülməsi

İqtisadi təsiri ölçmək üçün müəyyən prosesləri və layihələri uğurla icra etmək haqqında tam məlumat əldə etməklə daha effektiv planlar və ölçülər yaradıla bilər. Resursların yaxşı idarə edilməsi daha yaxşı ölçülmə qabiliyyətini təmin edə bilər və effektivliyin artırılması, eləcə də proseslərin optimallaşdırılması üçün əsasdır.

Odoo text and image block
Odoo image and text block

Şəffaflıq yaratmaq

Bu, müxtəlif komandalar və şöbələr arasında daha çox şəffaflıq təmin edir. Bir komandanın resurslarının maksimum potensiala çatdırılması zamanı menecerlər mövcud olan resursları qiymətləndirə bilər və tapşırıqların bölüşdürülməsi balansının təkmilləşdirmək və daha səmərəli həllər tapmaq üçün müvafiq planlar həyata keçirə bilər.

Əlaqələrin yaxşılaşdırılması

İşçilər və idarəetmə arasında etibarın olmaması onlar arasındakı əlaqələri gərginləşdirə bilər. Hər iki tərəf bir-birini günhalandıracaq və təşkilat daxilində birliyin olmaması məhsuldarlığa mənfi təsir göstərəcək. İnsan resurslarını düzgün planlamaqla hər kəsin rifahı naminə birgə işləməyi təmin etmək üçün işçilər və menecerlər arasında müvafiq anlaşma ola bilər.

Keyfiyyətli ERP sisteminin yerləşdirilməsi vasitəsilə, istehsalçının resurslarının idarə edilməsi kütləvi şəkildə inkişaf etdirilə bilər. Odoo kimi effektiv Müəssisənin Resurslarının İdarə Edilməsi alətlərindən hərtərəfli bir iş sistemi kimi istifadə edərək resursların ayrılması, düzəldilməsi və proqnozlaşdırılması tez və asanlıqla həyata keçirilə bilər. Belə sistemlər olmadan, resursların idarə olunmasının mürəkkəbliyi qarışıqlıq səbəbilə əlaqədar ola bilər.