Restoranlar üçün Odoo – POS sistemi ilə restoranların idarə edilməsi

Aydındır ki, Odoo ERP, Satış, CRM, Lahiyə idarə edilməsi, İstehsalat, Maliyyə, İnsan Resursları modullarını və bir çox digərlərini bir arada cəmləşdirmiş bir platformadır. POS (Point of Sales) idarə edilməsinə gəldikdə görmək olur ki, Odoo-nun proqramçıları özlərini restoran sahiblərinin yerinə qoyublar. Onlar restoran personalının çətin vəziyyətlərlə baş etməsi və müştəriyə keyfiyyətli xidmət göstərməsi üçün kifayət qədər dərinə gedib ən problemli məqamları nəzərə alıblar.

 

Odoo restoran sahibinə müştərinin restorana daxil olduğu andan hesabı ödədiyi ana qədər olan bütün prosesi idarə etməyə imkan verir:

 

 

 

 

 

 

 

 

 

 

 



Mərtəbələr və Çoxlu Stollar – Odoo bunun həllidir

Stolların idarəedilməsinə gəldikdə Odoo minimalist dizayn nəzəriyyəsinə sadiq qalır. Odoo-nun interfeysi o qədər sadə və anlaşılandır ki, istənilən restoran müştərilərin yerləşdirilməsini və restorandakı yerlərin effektiv bölüşdürülməsini idarə etmək üçün bu proqramdan istifadə edə bilər.

 

 

Yalnız mövcud mallar üçün sifariş götürün

 

Odoo sifarişləri götürmək üçün telefon və tabletdən girilə bilən gözə xoş interfeys təqdim edir. Qarsonlar müştəri sifarişlərini birbaşa anbar məlumatlarına bağlı olan bu interfeysdə götürə bilərlər. Beləliklə müştərinin sifarişi verib sonra sifarişdəki hansısa məhsulun olmamasına görə onun ləğv olunması situasiyasına son qoyulur. Sifariş darhal aşpazın ekranında əks olunur və o sifariş hazır olduqda sistemdə əks etdirir. Bu son deyil – sifariş qarson tərəfindən qeyd olunan kimi o avtomatik olaraq aşpazın printerində çap olunur.

 

Bir neçə digər özəllikləri aşağıda qeyd olunub:

 

 



 










Müştəri istəyinə uyğun ödəmə vasitəsi

 

Odoo ilə siz müştərilərə müxtəlif ödəmə variantlarını təqdim edə bilərsiniz. Kredit Kartı, və Nağd hazır metodlardır, eləcə də digər metodlar əlavə oluna bilər. Ödəmələr Mühasibatlıq moduluna bağlı olduğu üçün kitablara qeyd olunan uçot avtomatik və səhvsiz aparılır. Siz hətta internetlə bağlantınız kəsildiyi halda qeyd etdiyiniz sifarişlər bağlantı bərpa olunan zaman avtomatik olaraq sinxronizasiya olur.