Odoo ilə topdan satış biznesi

Əgər siz topdan satıcısınızsa, inventarın idarə edilməsi sizin biznesinizin vacib bir hissəsidir. Doğru zamanda, doğru yerdə kifayət qədər ehtiyyat məhsulunuz olmalıdır ki, birgə fəaliyyətdə olduğunuz parakəndə mağazaları həmin məhsullarla təmin edə biləsiniz. 

Buna nail olmaq üçün, inventarın ümumi bir təsvirinin olması lazımdır. Əlinizdə hər bir məhsuldan nə qədər qalıb? Həmin məhsullar harda və hansı anbarda yerləşir? Alış və satışlarınız sizin inventar hesabınızın davamlı olaraq dəyişməsinə necə təsir edir?

İnventarın idarəedilməsini optimallaşdırmaq üçün, sizin həmçinin satışların da ümumi bir təsvirinə ehtiyacınız var. Müştəriləriniz hansı məhsulunuzdan nə qədər alır? Satışlarınız fəsillər üzrə necə dəyişir? Əlinizdə daha az məhsulun olması sizi satışlarınızda geri sala bilər, və digər tərəfdən əlinizdə həddindən artıq çox məhsulun olması isə sizə anbarda əlavə yerlərin tutulmasına və əlavə xərclərin yaranmasına səbəb ola bilər. Birgə satış and inventar təsviri sizə istənilən anda öz ehtiyyat məhsullarınızın optimal həcmini proqnozlaşdırmağa imkan yaradır. 

Əgər kiçik bir biznesiniz varsa, Excel və ya hətta dəftər üzərindən inventarınızı idarə edə bilərsiniz. Halbuki, siz böyüdükcə, daha çox inventar ilə məşğul olursunuz, və bu da, inventar idarəetmə tətbiqinin olmasının vacibliyini daha da artırır.

Odoo İnventarın İdarəedilməsi tətbiqi

Odoo, “open source” ERP tətbiqi olaraq, topdan satış distributorları üçün əvəzolunmaz inventar və anbar idarəetmə modulu təklif edir. Bu tətbiq topdansatıcılara öz sadə və həmçinin daha mürəkkəb ehtiyaclarını qarşılamağa imkan yaradır. Sadə olaraq, Odoo-nun inventar modulu sizin anbarınıza daxil olan və çıxan inventarı tam olaraq izləmə imkanı yaradır. Siz inventarınızdakı məhsulların sayı və növü barədə və ya daha detallı informasiyalara sahib ola bilərsiniz. Siz həmçinin anbarlarınızın yer sıralamsını müəyyənləşdirərək, doğru yerdə lazımı qədər ehtiyyat məhsulunuzun olmasını təmin edə bilərsiniz.

Avtomatlaşdırılmış yenidən sifariş proqramı yaradaraq, ehtiyyat məhsullarınızın zamansız tükənməsinin qarşısını ala bilərsiniz. Həmin proqramlar minimum və maksimum miqdar kriteriyalarına, və həmçinin məhsulların təhvil-təslim zamanlanmasına əsalana bilər. Siz həmin proqramları satış datasına belə əsaslandıra bilərsiniz.
















Hərtərəfli həll yolu: Satış, satınalma, mühasibatlıq və daha çox

Odoo-nun inventar modulunun digər faydası, onun platformanın digər aplikasiyaları ilə tam olaraq uzlaşmasıdır. Satış, satınalma, mühasibatlıq və s. ilə tam inteqrasiya olunmuş həll yollarına sahib ola bilərsiniz. Bu sizə eyni datanı bir neçə dəfə təkrar daxil etməkdən xilas edir, vaxtınıza və pulunuza qənaət edirsiz.

Qeyd olunduğu kimi, satışların ümümi bir təsvirinin olması inventarın optimallaşdırılması üçün çox vacibdir və buna satış və inventar üçün birgə həll yolunun olması imkan yaradır. Həmçinin, bu sizə satış məlumatlarına əsaslanan avtomatlaşdırılmış yenidən sifariş proqramı yaratmağa da yol açır.