“Odoo 12 Enterprise”ın Yeni Xüsusiyyətləri

Odoo-nun 12-ci versiyasında yeniliklər və müxtəlif modullarında təkmilləşdirmələr

Odoo CMS - a big picture

Çoxdan gözlənilən Odoo 12 nəhayət oktyabr ayında satışa buraxıldı. 12-ci versiyada yeniliklər və yeni xüsusiyyətlərlə yanaşı yeni modullar da istifadəçilərə təqdim olunub. İndi o yeniliklər haqqında sizə məlumat verəcəyik.   

12-ci Versiyada olan ən böyük dəyişikliklər əhəmiyyətli dərəcədə təzələnmiş Mühasibat Uçotu modulundadır. Yeni Odoo Mühasibat Uçotu istifadə və konfiqurasiyanı asanlaşdırır və həmçinin mühasiblər üçün yeni komponentlər (satıcı fakturalarını daxil etmək və s.) əlavə etmişdir.

Digər böyük dəyişikliklər isə yeni təqdim olunmuş  komandanız arasında sənədlərin paylaşılmasına imkan verən Sənəd İdarəetməsi modulu və  internetin köməyi ilə fiziki obyektlərə nəzarət etməyə imkan yaradan İnternet İdarəçiliyi moduludur.

Nəhayət, Odoo indi çoxsaylı veb sayt idarəçiliyinə imkan verir. Yəni bu sizə biznesinizlə bağlı 2 və ya daha çox veb sayta sahib olmaq imkanı verir. Bu, xüsusilə çoxsaylı onlayn mağazaların idarə edilməsini asanlaşdırmaq istəyənlər üçün əla fürsətdir.


Mündəricat:

  1. Mühasibat uçotu

  2. Veb sayt

  3. SənədLərin İdarə olunması

  4. İnternet İdarəçiliyi

  5. Odoo Studio

  6. Müzakirə və Söhbət

  7. Təqvim və Fəaliyyətlər

  8. Ehtiyatlar

  9. Layihə İdarəetməsi

  10. Dil

  11. Abunəliklər

  12. Satışlar

1. Mühasibat Uçotu

12-ci versiyada ən böyük dəyişikliklər Mühasibat uçotu modulundadır:

1.1 – Daha yaxşı interfeys və rənglərlə Yeni Konfiqurasiya İnkişaf Paneli:

Odoo CMS - a big picture

  • İndi siz inkişaf panelindən birbaşa olaraq yeni bank hesabı aça bilərsiniz, əvvəllər isə bunu ancaq Quraşdırılma bölməsinə daxil olmaqla etmək mümkün idi.

  • “Yeni Bank Hesabı” açarkən Odoo sizə yeni reyestr yaratmaq və ya mövcud reyestrlə əlaqələndirmək seçimi verir:

Odoo CMS - a big picture

1.2 – Satıcı Fakturalarını birbaşa Mühasibat uçotu panelindən daxil etmək və Simvolların Optik Tanınmasına göndərmək:

Odoo CMS - a big picture
Odoo CMS - a big picture
Odoo CMS - a big picture

1.3 – Bank Üzləşdirilməsi Həddi:
1.4 – Sizə hər hansı partnyordan pul almaq və ya hər hansı partnyora pul ödəmək üçün lazım olan Müştəri/Satıcı Qəbzi.

Odoo CMS - a big picture

2. Veb sayt

Odoo-nun ən son versiyası bir çox şirkətin axtardığı çoxsaylı veb sayt xüsusiyyətini dəstəkləyir. İki və daha çox ayrı onlayn mağaza saytlarını vahid ERP sistemində birləşdirdiyi üçün e-ticarət üçün çox faydalı xüsusiyyətdir.

Əlavə olaraq Odoo daha rəngli panelə sahibdir, bu da marketinq üçün daha çox istifadəçi məlumatlarını toplamağa kömək edir.

2.1 – Çoxsaylı veb sayt dəstəyi istənilən sayda veb sayt konfiqurasiyasına imkan verir. Həm də hər bir sayt üçün fərqli bir mövzu seçə bilərsiniz:

Odoo CMS - a big picture

2.2 – Ümumi baxış və asan oxunma üçün veb sayt satışlarında rəngli analiz paneli:


















2.3 – Bizimlə əlaqə səhifəsi vasitəsilə veb saytdan əldə olunmuş İP ünvanları və istifadəçi cihazları kimi istifadəçilərə dair irihəcmli məlumatların saxlanılması.

– Konfiqurasiya aşağıdakı kimidir:




















– Bu xüsusiyyət üçün real vaxt rejimində nümunə:






















3. Sənədlərin İdarə olunması

Odoo 12-də yeni Sənəd İdarəetmə modulu əlavə olunmuşdur. Bu modulun ilkin versiyası əvvəl Odoo 8-də buraxılsa da, daha sonra kənarlaşdırılmış və indi isə yenidən təqdim olunmuşdur. Sənəd  idarəetməsi İR və çoxsaylı sənədləşmələrin aparıldığı sahələrdə çox işə yarayır, məsələn, bəzi sənaye sahələri var ki satılan hər məhsul üçün ayrıca sığorta, sertifikatlar və s. saxlayır.

3.1 – Sənəd İdarəetməsinin tam həlli

Odoo CMS - a big picture

3.2 – Əlavə edilən sənədlər üçün defolt təyinatın müəyyənləşdirilməsi:






































4. İnternet İdarəçiliyi

Odoo 12-də internetə bağlı cihazlarınızın idarəsini asanlaşdıraraq biznesinizin inkişafına dəstək göstərən yeni İnternet İdarəçiliyi modulu mövcuddur.

4.1 – Odoo daxilində internet vasitəsilə ilə fiziki obyektlərə nəzarət etməyə imkan verir.

5- Odoo Studio

Odoo Studio öz-özünə xidmət etmək istəyən şirkətlərə nümunələrini müştərilərə daha asan uyğunlaşdırmağa imkan verir. Ən yeni dəyişiklik istifadəçilərə asanlıqla onların sistemindəki hesabatları dəyişməyə imkan verir.

5.1- Daşıma və buraxma funksiyalarından istifadə edərək daha asan şəkildə xüsusi hesabatları dizayn və redaktə etmək imkanı:






































6. Müzakirə və Söhbət

6.1- Müzakirə modulunu GitHub depoları ilə birləşdirmək imkanı:


7. Təqvim və Fəaliyyətlər

7.1 – Bütün fəaliyyətləri daha yaxşı görmək və asan izləmək imkanı:



8. Ehtiyatlar

8.1 – Bütün ehtiyat əməliyyatları üzrə yeni və təkmilləşdirilmiş qrafik görünüş:






8.2 – Dartma və İtələmə Qaydaları birləşdirilib. Qaydanın görünüşünə istifadə rahatlığı üçün nəzərəçarpan dəyişikliklər edilib.

9. Layihə İdarəetməsi

9.1 – Hər layihə üzrə Koqorta və Panel:
























9.2 – Müştərilər SEPA QR kodlarından istifadə etməklə mobil bank xidmətləri vasitəsilə ödəniş edə bilərlər.



10. Dil

Ərəb dili sağdan sola yazılır. Yeni Odoo 12 Orta Şərq və Afrikadakı müştərilərini nəzərə alaraq ekranı buna uyğun olaraq sinxronlaşdırır.

10.1 – Hər hansı bir əlavə tətbiq olmadan ərəb dilinin sağdan sola yazılması:  



11. Abunəliklər


11.1 – Abunəliklər moduluna yeni təkmilləşdirmələr:



12. Satışlar

12.1 – Satış sifarişləri sətirində qeydlər etmək imkanı:


Odoo 12-nin yeni xüsusiyyətlərini qısaca olaraq nəzərinizə çatdırmağa çalışdıq.  Odoo-nun tətbiqi ilə maraqlanırsınızsa, səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.