Müştəri xidmətlərinin keyfiyyəti

İnteqrasiya olunmuş ERP-nin müştəri xidmətlərinin keyfiyyətindəki rolu

Bir müştərini əldə saxlamaq üçün məhsul, marka və ya sadiqlikdən daha çoxu lazımdır. Texnologiyanın inkişaf etdiyi dövrdə sosial medianın tələbləri ilə yanaşı, internetdəki məlumatların çoxluğu və qlobal rəqabət təşkilatlardan təklif etdikləri xidmətləri yerinə yetirərkən müştəriləri daha çox məmnun etməyi tələb edir.

Əməliyyatlar zamanı müştəri xidmətlərinin zəif olmasının növbəti satışlar və ya onlayn rəylər üzərində mənfi təsiri ola bilər və bu da öz növbəsində gələn dəfə müştərinin alternativ təchizatçıya müraciət etməsi ilə nəticələnə bilər. 

Sadiq və ya təkrarlanan müştərilər, xüsusilə biznes-istehlakçı bazarlarında, markalardan daha çox fərdi münasibət, şəffaflıq və qarşılıqlı əlaqə gözləyirlər. Bu səbəbdən, müştəri xidmətlərinin keyfiyyətini artırmaq və sadiq müştəri bazası yaratmaq istəyirsinizsə, inteqrasiya olunmuş ERP-yə ciddi nəzər salmalısınız.

ERP nədir? 

Müəssisə Resurslarının Planlaşdırılması (ERP) biznesin müxtəlif komponentlərini bir yerə cəmləyən proqram vasitəsidir. Kompleks sistemlərə inventara nəzarət, satınalma, istehsalat qrafiki, mühasibat uçotu, əməliyyatlar, müştərilərlə əlaqələrin idarə edilməsi və s. kimi funksiyalar daxildir. Ümumiləşdirilmiş həllər prosesləri daha da səmərəli edir, biznesi daha effektiv şəkildə idarə etməyə imkan verir və sizi biznesə daha yaxşı bələd olmağa imkan verən məlumatlarla təchiz edir.  ERP, həmçinin, müştərilərin gözləntilərinin daha yaxşı idarə olunmasına və yalnız müştərilərlə deyil, təchizatçılarla da olan əlaqələri yaxşılaşdırmağa kömək edə bilər.

Gözləntilərin idarə olunması

Satış və müştəri xidmətinin nümayəndələri biznesinizin üzüdür və müştərilərə göstərilən xidmətin və ya təcrübənin yüksək keyfiyyətdə olmasını təmin etməlidirlər və belə olmadıqda, mümkün olduqca problemsiz şəkildə həll etməlidirlər. Lazımi bütün məlumatlara sahib olduqları halda bunun öhdəsindən daha yaxşı gələ bilərlər. CRM-in quraşdırıldığı ERP bunu təmin edir – müştəridən zəng daxil olduğu zaman müştəri və ya satış nümayəndələri müştərinin daha əvvəl hansı məsələlərlə bağlı əlaqə yaratdığını, sifarişin vəziyyətini və sifarişlərlə bağlı məlumatları görə bilirlər. Onlar asanlıqla yolunda getməyən məsələlərin kökünə enə bilərlər və onların aradan qaldırılmasını təmin edə bilərlər və ya məsələ ilə bağlı sadəcə məlumat verə bilərlər. Bu müştərilərinizin gözləntilərinin ən yaxşı şəkildə idarə edilməsidir. 


Müştəri tələblərinə cavab vermək

Sürətlə dəyişən dünyada müştəriləri sevindirmək üçün müştərilərin istədiklərini arzuladıqları vaxtda onlara çatdırmağı bacarmalısınız. Lazım olan məhsul olmayanda və ya vaxtında çatdırmaq mümkün olmayanda müştəriləriniz rəqiblərinizə müraciət etməklə sizi cəzalandıracaqlar. Xoşbəxtlikdən, ERP inventar və resurs planlaşdırılmasının daha yaxşı şəkildə həyata keçirilməsini təmin edə bilər. İnventar haqqında dəqiq məlumatlara sahib olmaqla sifarişlərin istehsalını və ya satınalmaları əvvəlcədən planlaşdıra bilərsiniz, beləliklə, müştərilərinizin ehtiyaclarını daha yaxşı şəkildə qarşılaya bilərsiniz. Siz, həmçinin işçilərinizi də daha yaxşı idarə edə biləcəksiniz, çünki gərgin vaxtlarda belə sifariş daxil olduğu zaman qablaşdırma və sifarişin çatdırılması üçün kifayət qədər işçiniz olub-olmadığını görə biləcəksiniz. Beləliklə, sifarişləri gec çatdırmaqla və ya satışda olmayan məhsullarla müştərilərinizin kefini korlamaq riskiniz azalacaq.

ERP istənilən biznes üçün son dərəcə faydalı vasitədir və biznesinizi daha səmərəli şəkildə idarə etməkdə, eləcə də müştərilərinizlə apardığınız bütün əməliyyatlarda onları sevindirməkdə sizə kömək edəcək. Biznes proseslərinizi təkmilləşdirməklə bağlı məsləhətə ehtiyac duysanız, elə indicə bizim ERPGO komandamıza müraciət edin.