İstehsal prosesləri və ERP

İSTEHSAL PROSESLƏRİNİ GÖZDƏN KEÇİRMƏK ÜÇÜN XƏBARDARLIQ NİŞANLARI

 


Köhnəlmiş istehsal proseslərinin emal edilməsi üçün nə qədər çox gözləsəniz, biznesiniz bundan o qədər çox əziyyət çəkəcək. Burada əsas məsələ nəzarət edilməsini tələb edən xəbardarlıq nişanlarının müəyyən edilə bilməsidir. Qırmızı işıqların yandığını göstərən bəzi səbəblər aşağıda qeyd olunmuşdur:


Məlumatlar və ya inventarın qeyri-dəqiqliyi

Məlumatlar həmişə sürətli, sadə və dəqiq olmalıdır. Məlumatların toplanılmasında istənilən gecikmələr və ya xətalar məhsuldarlığa zərər verə bilər, çünki bu, Maddi Tələblərin Planlaşdırılması (MTP) zamanı lazımsız və ya siyahıdan çıxarılmış sifarişlərin verilməsinə və ya ehtiyac duyulmayan proseslər üzərində fokuslanmağa səbəb ola bilər. Topladığınız məlumatlarda qeyri-dəqiqlik olduğunu hiss edirsinizsə, bu, istehsal proseslərində problem olduğuna dair  böyük bir xəbərdarlıq nişanıdır.


Toplanmış məlumatlardan hesabatların hazırlanması zamanı çətinliklər

Köhnəlmiş sistemdə məlumatların təqdim edilməsi üçün sərt və əvvəlcədən müəyyən edilmiş formatlar olacaq. Fərqli bir işıqda məlumatların araşdırılmasına ehtiyac duyduğunuzda istinadlar etmək və digər məlumatlarla birləşdirmək üçün çevikliyə ehtiyacınız olacaq.  Mövcud istehsal proseslərinizlə bunu etməkdə çətinlik çəkirsinizsə, sistemlərinizi yeniləmə zamanı ola bilər.


Təkrarlanan məlumatların daxil edilməsi

Eyni məlumatları təkrar olaraq sistemə daxil etməli olduğunuzu aşkarlamışsınızsa, bu, mövcud sistemdə qeyri-səmərəliliyin olduğunu göstərən bir nişandır. İstehsal prosesləriniz üçün yaxşı bir həll eyni məlumatların təkrar olaraq daxil edilməsini tələb etməyəcək və istehsalın səmərəliliyi naminə bu məsələni həll etmək lazımdır.


Operativ həllərin vacibliyi

Əməliyyat prosesləri düzgün şəkildə dəyişdirilməlidir. Əgər ehtiyac duyduğunuz funksiyanı əldə etmək üçün operativ həllərinizi inkişaf etdirməli olduğunuzu düşünürsünüzsə, deməli, səhv üsulla dəyişiklik edirsiniz.  Bu, zəiflik və gücsüzlüyə gətirib çıxara bilər və proseslərinizi nəzərdən keçirməklə məsələyə doğru şəkildə yanaşmasanız, bəzi ciddi problemlərlə qarşılaşa bilərsiniz.

 

Texniki xidmət haqqı yüksəkdir

Köhnəlmiş sistem dəyişdirilmədiyi müddətcə daha çox texniki xidmət tələb edir. Texniki xidmət xərcləriniz nəzərəçarpacaq dərəcədə yüksəlirsə və ya daha çox yubanmalar yaşayırsınızsa, bu, baxış vaxtının çatdığını göstərən yaxşı göstəricidir. İqtisadi səmərəliliyin qiymətləndirilməsindən sonra, yeni bir proqram təminatı və ya texnikaya investisiyanın qoyulması ilə büdcənizdən daha yaxşı şəkildə istifadə etdiyinizi aşkarlaya bilərsiniz.


Təkmilləşdirmələr iş prosesini pozur

ERP sistemləri üçün proqram təminatı istehsalçıları adətən hər 12-24 aydan bir yeniliklər edirlər. Bu yeniliklərə ehtiyac duyduğunuzda, biznes prosesində yubanmalara yol açmamaq üçün onları mümkün qədər tez tətbiq etmək istəyirsiniz. Yeniliklərin tətbiqi uzun çəkərsə, bu, sistem və proseslərinizə nəzər salmalı olduğunuzu göstərən başqa bir əlamət ola bilər. 


Sistemin fəaliyyəti inkişafa mane olur

Bunlardan hər hansı biri sistemlərinizə aiddirmi?

  • Yavaş cavab müddəti

  • Gücünün azalması

  • Məhdudiyyətlər imkanları üstələyir

Bu problemlərdən biri ilə üzləşirsinizsə, bu, sistemi nəzərdən keçirmək və yeni həll yolu axtarmaq vaxtının çatdığını göstərir. Yeni ERP proqram təminatı çeviklik və miqyaslılıq kimi yüksək performans üçün nəzərdə tutulmuşdur. Daha yaxşı həllə investisiya etməklə şirkətinizin əhəmiyyətli dərəcədə inkişaf etdiyini görə bilərsiniz.


Rahat funksiyaların olmaması

Texnologiya müəssisələrə dünya bazarında daha çox rabitə qurmağa imkan verir.  Ağıllı telefonlar, tabletlər və noutbuklar sizə daimi əlaqədə olmağa kömək edə bilər, lakin proqram təminatınıza mobil tətbiqlər və ya faydalı xüsusiyyətlər daxil deyilsə, məhsuldarlıq aşağı olacaq. Simsiz qoşulma müasir dünyada əsasdır və sistemləriniz bunu əks etdirməlidir.

Bəzən gördüyünüz işə düzgün şəkildə nəzər salmalısınız. Əgər bu nişanlardan hər hansı biri ilə istehsal prosesində qarşılaşsanız, buna ciddi yanaşaraq nəzər salmalısınız və təkmilləşdirmək üçün seçimlərinizi gözdən keçirməlisiniz.