İş yerində məhsuldarlıq

İş yerində məhsuldarlığı artırmaq üçün sadə və sürətli metodlar

Hər təşkilat gözəçarpan nəticələr əsasında effektivlik və nailiyyətlər vasitəsilə idarə olunmalıdır. Daha az məhsuldarlılıq istər-istəməz işə təsir göstərəcək və davamlılığı təhlükə altında qoyacaq. Nəticədə, iş yerlərində məhsuldarlılıq əksər şirkətlər üçün böyük əhəmiyyət daşıyır.

Məhsuldarlılığın aşağı olmasında yalnız işçilər günahkar deyil. Digər amillərlə yanaşı daha çox iş mühiti ilə əlaqəlidir. Aşağıda iş yerindəki məhsuldarlılığı artırmaq üçün bir neçə sadə üsul göstərilmişdir.

 

Hər kəsin hesabat verməsini təmin etmək

Vəzifələrin yerinə yetirilməsi üçün iş yerindəki bütün işçilərin məsuliyyət daşıması vacib haldır. Buna nail olmağın ən yaxşı yolu onlardan tam olaraq nə gözlənildiyini bilmələrini təmin etməkdir. İşçilər də həmçinin, eyni mövzuda soruşmaqda rahatlıq hiss etməlidirlər. Bütün işçiləri iş prosesinə cəlb etməklə öz vəzifələrində tam məsuliyyət daşımalarını təmin etmək olar. Bu, həmçinin onlarda məsuliyyəti digər iş yoldaşlarının üzərinə atmaq vərdişini də aradan qaldırır.

 

Mikromenecmentdən çəkinmək

İşçilərə dəqiq təlimatlar vermək lazım olduğu halda hər bir xırda addıma nəzarət olunması heç vaxt kömək etməyəcək. Gündəlik iş tapşırıqlarının icra edilməsində rəhbərlər dəqiq təlimatları təmin etməli və işçilərə etibar etməlidirlər.

İşçilərin bəzən öz şəxsi metodları olur. Onlar sizin bəyəndiyiniz metodlardan fərqli ola bilər, amma eyni dərəcədə yaxşı da ola bilərlər. Müxtəlif işləmə tərzləri fərqli və öyrədici mühit yaratmaqda kömək ola bilər. Ümumilikdə, bu effektivliyi artırdığı üçün təşkilat üçün faydalı olacaq.

 

Doğru vasitələrə sahib olmaq

Lazımi alətlər olmadıqda işçiləriniz əllərindən gələnin ən yaxşısını edə bilməyəcəklər. Yüksək keyfiyyət, müasir tətbiqlər və sistemlər işçi qüvvəsinə çox təsir edə bilər. Düzgün biznes sistemlərini tətbiq etməklə effektivliyi artıra bilərsiniz. Məhsuldarlığı artıra biləcək nəzərəçarpan biznes sistemlərindən biri Müəssisə Resurslarının Planlaşdırılması sistemidir (ERP).

ERP sistemi təşkilatın bütün departamentlərinin daha effektiv ünsiyyət qurmasına kömək edəcəkdir. Bundan əlavə, əməliyyatlarda real vaxt nəzərə alınmasını, lazımsız proseslərin avtomatlaşdırılmasını, eləcə də işçiləri lazım olan məlumatlar və alətlərlə təmin edir. ERP və digər biznes alətləri şöbələrarası əməkdaşlığı asanlaşdırır və bu da məhsuldarlığı artırır.

Yaxşı işi tərifləmək və təşviq etmək

Tədqiqatlar göstərir ki, rəhbərliyin işi qiymətləndirməsi işçi üçün hətta maddi  təşviqlərdən daha çox şey ifadə edə bilər, düzdür, maliyyə mükafatları və digər təşviqlər də performansı dəyərləndirmək üçün mükəmməl üsullardır.

İşçilərinizi öz vəzifələrini yaxşı şəkildə icra etdikləri zaman təriflədiyinizdən əmin olun. İşin dəyərləndirilməsi işçiləri daha çox motivasiya edə bilər, çünki xoşbəxt işçi həm də çalışqan işçidir.

 

İclaslardan yayınmaq

İclas keçirmək xətrinə iclas keçirməyin. İşçiləriniz vaxtlarını iclasda keçirmək üçün sərf etdikdə məhsuldar işləyə bilməyəcəklər. Lazımsız iclaslar məhdud zaman səbəbilə əksik və ya unudulan işlərə səbəb ola bilər. Ehtiyac yaranıbsa, qısa və məsələyə aid olan görüşlər keçirməyə çalışın. 

 

Çevik işləmək

Bu gün bir çox şirkətlər çevik işləmək təcrübəsindən istifadə edirlər. Balaca komandalar bir həftə və ya iki həftə kimi bir müddətdə görəcəkləri işlərin “sprint”ini (qısa məsafə yarışması) planlayırlar. Bu, yarana biləcək hər hansı xüsusi vəzifələr üçün bir qədər vaxt yaradır.

Çevik işləmək lazımsız iclasları azaldır, çünki hər tapşırıq həftənin başlanğıcında bloklar halında planlaşdırılır. Komandalar daha sonra təyin olunan məqsədlərə necə yerinə yetirildiyinə nəzarət edə bilərlər. Bu metod işçiləri təyin olunan məqsədləri tamamlamaq üçün çox təşviq edir.

İş yerindəki məhsuldarlığın artırılması şirkətinizin mənfəətini artırmağa kömək edəcək və buna nail olmaq üçün bir çox yollar var.