İqtisadi Böhran Dövründə ERP Sistemlərinin Faydası

Odoo image and text block


Hazırda bütün dünyada davam etməkdə olan pandemiya böhranı ilə bağlı olaraq bir çox şirkətlərdə  müvəqqəti iqtisadi böhran yaşanmaqdadır. Hazırkı mövzulardan biri isə bu böhrandan çıxış yollarını tapmaqdır.Yeri gəlmişkən, nəzərinizə çatdırmaq istərdim ki, Çin dilində böhranimkan sözləri eyni heroqliflər ilə yazılır. Bu o deməkdir ki,onlar böhran hadisəsini  yeni bir imkan kimi dəyərləndirirlər.

Dünya iqtisadiyyatını gözləyən yeni böhran dalğası

Son zamanlar dünya iqtisadiyyatının müxtəlif sektorunda dalğalanmalar baş verir. Bu proses ən çox özəl sektora təsir göstərir. Dünyanın əsas aparıcı biznes konsultasiya şirkətlərinin böhran dövründə biznesinizi qorumaqla bağlı bir neçə tövsiyələri var: 

  • Öz korporativ idarəetmə sisteminizi yeniləyin və inkişaf etdirin;

  • Gözlənilən böhranın xüsusiyyətlərini aşkar edərək  xarici şərait və şərtləri öyrənmək, biznesin aparıcı qüvvələrini başa düşmək lazımdır;

  • Biznes proseslərinizi yüksək səviyyədə avtomatlaşdırın.Yəni biznes proseslərinizin nəticəsi müəyyən bir analiz sisteminə arxalansın. Bu səbəbdən, müasir biznes standartlarına cavab verən  ERP sistemlərini biznesinizə tətbiq edə bilərsiniz.

.


Odoo text and image block

ERP nədir və nə əhəmiyyəti var?

 İqtisadiyyatın müxtəlif səviyyələrində (iqtisadi inkişafın yüksək olduğu, iqtisadi inkişafın zəiflədiyi və ya böhran dövrlərində) ERP sistemlərinin şirkət üçün starteji əhəmiyyəti var. Düzgün inteqrasiya edilmiş ERP sistemi, şirkətin iş proseslərinə effektiv təsir göstərir. 

Böhran dövründə ERP-nin rolu ?

ERP, böhranın yaratdığı arzuolunmaz prosesləri həlledici şəkildə dəyişməyə kömək edir. Belə dövrlərdə ERP real və proqressiv vasitədir və rəhbərliyi düzgün addımlar atmağa vadar edir. Böhranın idarə edilməsi şirkətin imicini saxlayır və mövqeyini müəyyən edir.

Odoo image and text block

Müəssisələr ERP-ni nəyə əsasən seçirlər ?

Düzgün ERP həllinin seçilməsi qarışıq prosesdir. Sektordan və böhranın növündən asılı olaraq, müəssisələr hesab edir ki, əvvəlki təcrübə önəmlidir. Əksər ERP-lər böhranın idarə edilməsi planından istifadə edirlər. Bunlar 3 şey üzərində fokuslanıblar: çətin hazırlıqlar, təşkilati davranışın müəyyən edilməsi və steykholderlə  ilə ünsiyyət. Bir sözlə ERP sistemi şirkətin daxili və xarici siyasətinin inkişaf etdirilməsində rol oynayır. 

Siz də böhranı yeni imkan kimi qiymətləndirib biznesinizi yeni iqtisadi modelə bizim  ERP sistemi ilə uyğunlaşdıra bilərsiniz.

.