İnteqrasiya edilmiş ERP-nin müştərilərə göstərilən xidmət keyfiyyətinin təkmilləşdərilməsindəki rolu

 

 

 

 

 

Daimi müştərilər qazanmaq üçün məhsul, bredinq və ya sadiqlikdən əlavə daha başqa şeylər vacibdir. Texnologiyanın inkişaf etdiyi dövrdə sosial media tələbləri, onlayn məlumatların çoxluğu və qlobal rəqabət ilə yanaşı müəssisələr əməliyyatlar zamanı müştəriləri razı salmaq üçün daha çox işləməlidirlər.

Əməliyyatlar zamanı müştərilərə göstərilən xidmətin aşağı səviyyədə olması gələcək satışlara və onlayn rəylərə mənfi təsir göstərə bilər və nəticədə müştərilər növbəti dəfə alternativ satıcılara müraciət edə bilərlər.

Sadiq və ya təkrarlanan müştərilər xüsusilə müəssisələr və istehlakçılar arasındakı bazarda brendlərdən daha çox canlandırma, aydınlıq və qarşılıqlı fəaliyyət gözləyirlər. Bu səbəbdən, siz müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq və sadiq müştəri bazası yaratmaq istəyirsinizsə, bu sahədə inteqrasiya edilmiş ERP-nin rolu əhəmiyyətlidir.

ERP nədir?

Müəssisənin Resurslarının Planlaşdırılması (ERP) biznesinizin müxtəlif komponentlərini bir araya gətirən bir proqram vasitəsidir. Bütün sistemlərə inventar nəzarət, satınalma, istehsal planlaması, mühasibat uçotu, əməliyyatlar, müştəri əlaqələrinin idarə edilməsi və s. kimi funksiyalar daxildir. Kompleks həll yolları sizə prosesləri tənzimləməyə, biznesi daha səmərəli şəkildə idarə etməyə və biznes məntiqini daha yaxşı başa düşməyə kömək edəcək. ERP həmçinin, müştəri gözləntilərini daha yaxşı idarə etməyə və yalnız müştərilərlə deyil, eləcə də tədarükçilərlə olan münasibətləri inkişaf etdirməyə kömək edir.


Odoo text and image block


Gözləntilərin idarə olunması

Satış və müştəri xidməti nümayəndələri biznesinizin üzüdür və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsində və bu mövzuda hər hansı problem yarandıqda isə o problemin həll olunmasında məsuliyyət daşıyırlar. Bütün məlumatlara sahib olduqları təqdirdə onlar bunu daha yaxşı edə bilərlər. Quraşdırılmış CRM ilə birlikdə ERP bunu təmin edir, yəni onlar müştəri zəngini cavablandırdıqda müştərinin şirkətə müraciət etdiyi əvvəlki problemlərini, sifarişin statusunu, eləcə də çatdırılma ilə bağlı bütün məlumatları görə bilərlər. Onlar asanlıqla yaranmış problemlərin kökünə baxa bilər və məsələlərin yoluna qoyulmasını təmin edə bilər və ya sadəcə olaraq müştəriyə məlumatları ötürə bilərlər.




Müştəri tələblərinin qarşılanması

Hər şeyin sürətli baş verdiyi dövrdə müştəriləri sevindirmək üçün ilk növbədə onların istədiklərini istədikləri vaxtda onlara çatdırmağı bacarmalısınız. Lazım olan məhsul olmadıqda və ya həmin məhsulu vaxtında çatdırmaq mümkün olmadıqda, müştərilərinizin sizin rəqiblərinizə yönəlməsinə şərait yaratmış olacaqsınız. Xoşbəxtlikdən, ERP inventar və resursların daha yaxşı planlaşdırılmasına kömək edə bilər. İnventarla bağlı dəqiq məlumatların olması istehsalat sifarişlərinin və satınalmaların əvvəlcədən planlaşdırılmasına kömək edə bilər, beləliklə siz müştərilərinizin ehtiyaclarını daha yaxşı şəkildə qarşılaya bilərsiniz. Siz həmçinin işçi heyətinizi də idarə edə bilərsiniz, çünki gələn sifarişləri görə biləcəksiniz və bu sizə gərgin dövrlərdə qablaşdırma və çatdırılma üçün kifayət qədər işçinizin olub-olmadığını görməyə imkan yaradacaq. Beləliklə, olmayan məhsullar və ya gec çatdırılma ilə bağlı müştəri narazılıqları əhəmiyyətli dərəcədə azalmış olacaq.

Odoo image and text block

 

ERP istənilən biznes üçün son dərəcə faydalı alətdir, müştərilərinizin sizinlə etdiyi əməliyyatlarda onları sevindirməyə və biznesinizi effektiv şəkildə idarə etməyə kömək edir. 

Biznes proseslərinizin optimallaşdırılması ilə bağlı hər hansı məsləhətə ehtiyac duysanız, bizimlə əlaqə saxlayın.