ERP tətbiqetmə prosesi nədir?

ERPGO olaraq təşkilatınız üçün doğru ERP sistemi proqramının seçilməsinin vaxt və araşdırma aparan vacib qərar olduğunu qəbul edirik. Lakin, seçdikdən sonra proqramın həyata keçirilməsi qorxuducu ola bilər.


Müəssisənin Resurslarının Planlaşdırılması ilə bağlı (bundan sonra "ERP") proqramın tətbiqinə proqram təminatının quraşdırılması, maliyyə məlumatlarınızın yeni sistemə köçürülməsi, istifadəçilərinizin və proseslərin sazlanması və proqram üzrə istifadəçilərinizin təlimləndirilməsi daxildir. ERP sisteminin tətbiqi ilə bağlı doğru tərəfdaşın seçilməsi qədər düzgün proqram təminatının seçilməsi də vacib məsələdir.      


İstənilən böyük layihədə olduğu kimi eyni anda bir neçə addım atmaq zərurəti yaranır. Xoşbəxtlikdən uğurlu və səmərəli ERP tətbiqləri bunu mümkün etməklə qalmır, eləcə də bunu ortaq şəkildə həyata keçirir.


 

Odoo CMS - a big picture

ERP tətbiqetmə Prosesi nədir?

Tətbiq prosesini ətraflı şəkildə nəzərdən keçirməzdən əvvəl, biznesiniz üçün doğru ERP sistemi proqram təminatının seçilməsinə diqqət etməlisiniz. Doğru ERP texnologiyasının tətbiqi müasir tələblərə cavab verən əməliyyatlar, sadə funksionallıq, istənilən zaman və istənilən yerdə hər hansı cihazla biznesinizin cari vəziyyətinə baxış və təhlükəsiz olmaqla yanaşı, şirkətinizin dəyişən ehtiyaclarına uyğunlaşan ERP platforması ilə nəticələnməlidir.

ERP həllərini seçdikdən sonra növbəti addım ERP sistemi proqramını tətbiq etməkdir.

Layihənin tətbiqinin hansı növləri mümkündür?

Biz layihənin tətbiq edilməsini üç qrupa bölürük:

Ekspres  – Tətbiqetmə qeyri-adi funksionallıqda olmalıdır; müştəri mürəkkəb proseslər olmadan fərdi müəssisədir və heç bir əlavə həllər tələb olunmur.   

Standart – Tətbiqetmə minimal kökləmələr və əlavə həllər tələb edən, eləcə də vahid valyuta və dili olan Fərdi və ya Çoxsaylı Müəssisələr üçündür.

Təkmilləşdirilmiş – Tətbiqetmə müxtəlif yerlərdə fəaliyyət göstərən, müxtəlif valyuta və dilləri olan Fərdi və ya Çoxsaylı müəssisələr üçündür. Onların iş                                                prosesləri və inteqrasiyaları orta səviyyədən mürəkkəbə qədər dəyişir. Mürəkkəb  quraşdırılma işlərinin başa çatdırılması çoxsaylı                                                  mərhələlərdən ibarətdir (Şablon və ya Pilot tətbiqetmə).

ERP tətbiqləri müvəffəqiyyətli olmaq üçün Layihə İdarəetməsinə diqqət yetirməlidir.


Layihənin idarə edilməsi nədir?

Layihə İdarəetməsini layihənin məqsədlərinə çatmaq üçün fəaliyyətlərin idarə olunmasında bilik, bacarıq, vasitə və metodların tətbiqi olaraq düşünə bilərik. Layihənin idarə olunması ilkin planla əldə edilən nailiyyətlərin müqayisə edilməsi və bu səbəbdən planın yenilənməsi ilə bağlı hər şeyi əhatə edir. Buna nail olmaq üçün əvvəldən axıradək  layihənin aparılması məqsədilə Layihənin İcraçı Qrupunu yığmaq lazımdır.

 

Mövcud ERP sistem proqramınızı təkmilləşdirmək və ya yeni ERP sistemini tətbiq etmək qərarına gəlmək böyük bir işdir. Belə ki, yaratdığınız komanda təşkilat daxilində ERP texnologiyasından ən çox istifadə edən insanlardan - istifadəçilərdən ibarət olmalıdır. Köhnə sistemin rahat şəkildə yeni sistemlə əvəzlənməsinə zəmanət verilə bilməz, lakin bundan ən çox faydalana biləcək insanlar əldə edəcəkləri nəticələri əvvəlcədən təsəvvür etməklə və mümkün qədər tez zamanda həmin nəticələrdən fayda əldə edəcəkləri ilə həvəslənirlər.  

 

Onu da qeyd etmək vacibdir ki, proses boyu nə baş verdiyi, niyə baş verdiyi və nə vaxt baş verəcəyi haqqında məlumat vermək hər kəsi vəziyyətdən xəbərdar edəcək və ERP-nin tətbiqinin gətirib çıxara biləcəyi narahatlığı azaldacaq. Sürprizlər həm yaxşı, həm də pis ola bilər. İşçiləriniz ERP texnologiyasının tətbiqinə yeni bir proqram təminatı və ya İT layihəsi olaraq deyil, bir biznes təşəbbüsü və strategiyası olaraq yanaşdıqları təqdirdə bütün prosesləri daha çox dəstəkləyə bilərlər.  

 

Layihənin İcraçı Qrupuna layihənin işləməsinə qismən nəzarət edən İcraçı Sponsordan ibarətdir. O, layihə üçün lazım olan resurslarla yanaşı gözləntiləri də təmin edir; O, labüd suallara cavab verməyə və ya ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir. Komandaya həmçinin biznesiniz haqqında məlumat sahibi olan, idarəetmə təcrübəsinə malik və aydın ünsiyyət qurmağı bacaran Layihə rəhbəri lazımdır. Layihə rəhbəri komandanı və layihəni yuxarı rəhbərirlik qarşısında təmsil edir və layihənin məqsədlərini təmin etmək üçün məsuliyyət daşıyır. Qalan Komanda üzvlərinə planlaşdırma prosesi zamanı ətraflı vəzifələr və məsuliyyətlər veriləcək; komanda üzvləri ən çox təsirlənəcək və ERP sisteminin tətbiqinin uğurunu ən çox görmək istəyən şəxslər olaraq vəzifələri ilə əlaqəli təcrübə və bilik səviyyələrinə əsasən seçilməlidirlər.



İcra mərhələləri hansılardır?

Komandanı yığdıqdan sonra icra mərhələlərinə keçid edirik. Mərhələlər aşağıdakılardan ibarətdir:

Kəşfiyyat – layihənin sahəsini, vizionunu, ehtiyacını müəyyənləşdirməyə və davam etmək üçün müştəridən öhdəliklərin alınmasında kömək edən proseslərdən ibarətdir.  

Planlaşdırma və Nəzarət – İşin tamalanması üçün strategiyanın tərtib edilməsi, eləcə də inkişafın ölçülməsi və çatışmazlıqların aradan qaldırılması üçün tələb olunan tədbirlərin görülməsindən ibarət proseslər daxildir. Bu, bütün proses boyu baş verir.  

Təhlil – Bu mərhələ kəşfiyyatın daha ətraflı səviyyəsidir və tələblərin təfərrüatlı olaraq toplanılması və müştərinin biznes ehtiyaclarını təhlil edən proseslərdən ibarətdir.

Qurmaq – Strategiyada müəyyən edilmiş tapşırıqların həyata keçirən proseslərdən ibarətdir.

Sabitləşdirmək – müştərinin tələblərinə cavab verən həlli təmin edən bir sıra proseslərdən ibarətdir və canlı istehsal platformasında tam tətbiq üçün tam hazırdır.  Bura həmçinin həlli istifadə etmək üçün müştərinin hazırlığı da daxildir.

Tətbiq etmək – istehsal platformasına həlli tətbiq edəcək proseslər.

İstifadə zamanı Dəstək – Layihənin bağlanmasına gətirib çıxaran həll prosesində müştərini dəstəkləyən proseslər.



Daha sonra nələr baş verir?

ERP-nin tətbiqi ilə bağlı xüsusi hazırlıqlardan keçmiş ERPGO komandası olaraq bu yolda sizinlə birgə addımlaycağıq. Layihələrinizin Ekspres, Standart və ya Təkmilləşdirilmiş olmasında asılı olmayaraq ERP sistemi proqram təminatını uğurla tətbiq etmək üçün lazımi bütün alətlər, resurslar və metodologiyaya sahib olacaqsınız. ERP texnologiyasının tətbiqi mərhələləri sizin tərəfdaşınız və Layihə İdarəetmə Qrupunun tətbiqetmə prosesini mahiyyətlə idarə etməyini təmin edir.


Ümid edirəm ki, ERP tətbiqətmənin prosesin barədə sizə ümumi təsvir edə bildim və bunu düzgün şəkildə etdikdə bu necə maraqlı və yararlı ola bilər. Bütün ERP tətbiqetmələri şirkətdən, sahədən və istəklərdən asılı olaraq dəyişə bilir və biz bu dəyişiklikləri necə etmək lazım olduğunu bilirik. 


Bugün sizin istək və ehtiyaclarınıza uyğun ERP tətbiqetmə proseslərini qurmağa başlayaq.