Doğru qərar verin və ya Pul ödəyin

ERP-nin seçilməsi və tətbiqi üçün 5 mərhələli proses

Müştərilərin ehtiyaclarını ödəmək, səmərəli rəqabət aparmaq və  korporativ resursların planlaşdırılması (ERP) sisteminin seçilməsi və tətbiqi kimi davamlı inkişafı təmin etmək üçün şirkətin imkanlarına təsir edən bəzi şeylər mövcuddur.  ERP sistemi xaltura etməyə imkanınızın olmadığı bir yerdir. ERP sisteminin əvəzlənməsi, xəstə həm oyaq ikən, həm də hərəkətdə olarkən onun üzərində açıq ürək əməliyyatını həyata keçirməyə bənzəyir. Biz sizə bunun o qədər də dramatik olmadığından danışacağıq. ERP-nin uğurlu şəkildə tətbiqi mümkün olan bir şeydir və kifayət qədər geniş yayılmışdır.

Kiçik bir mağaza və ya beynəlxalq təşkilat olmağınızdan asılı olmayaraq ERP sistemini tətbiq edən istənilən şirkət oxşar çətinliklər və fürsətlərlə qarşılaşır. Biz ERPGO olaraq maneə yaranmadan ERP sisteminin seçilməsi və tətbiqi üçün bu prosesi 5 mərhələyə bölürük.  

Odoo image and text block

1-ci Mərhələ: Hazırlıqlar

Yeni ERP sistemini tətbiq etmədən əvvəl ERP layihənizin tətbiq mərhələsinə keçid edərkən uğurlu olmaq üçün ehtiyacınız olan bəzi şeylər vardır:

- Sual verin: Yeni ERP sisteminə niyə ehtiyacınız var? Bəlkə hazırkı sistem biznes ehtiyaclarınızı qarşılamır və ya gələcəkdə inkişaf etmək və biznesinizi genişlətmək istədikdə biznes ehtiyaclarınızı qarşılamayacaq. Yaxud bəlkə istifadə etdiyiniz sistemin saxlanması üçün çox xərc tələb olunur və ya hazırkı sistem etibarsızdır və yaxud təhlükəsiz deyil.  Yeni ERP sisteminə ehtiyac duyma səbəbiniz saysız-hesabsız ola bilər. 

- Komandanızı möhkəmləndirin: Əsas istifadəçiləriniz əvvəldən düzgün şəkildə cəlb olunmalıdır və sistemin seçilməsində, eləcə də tətbiqetmənin planlaşdırılmasında/icrasında səy göstərməlidirlər. Bütün tərəfdaşları lap əvvəldən cəlb etməklə son nəticədə hər hansı sürprizlə qarşılaşmayacaqsınız. 

- Layihənin strategiyasını planlaşdırın: Bu mərhələdə ERP-nin ümumi formasını və əhatə dairəsini təsvir etməlisiniz. Bu da mövcud sistemlərinizə və məlumatlarınıza baxmaq üçün yaxşı bir vaxtdır. 

- Biznesin cari vəziyyətinə nəzər salmaq: Tez-tez unudulan bir şey növü, istehsal müddəti və inventar dəqiqliyinə görə bölünən inventar səviyyələri kimi əsas ölçülərdir.

2-ci mərhələ:  Komanda arasında fikir birliyini təmin edin

Bütün komandanızın iştirakını təmin etmədən ERP-nin seçilməsi və tətbiqini uğurlu şəkildə həyata keçirməyi gözləmək olmaz. Bu səbəbdən, hər hansı xüsusi proqram təminatı ilə bağlı deyil, ümumi prinsiplərə yönəlmiş bəzi ERP təlimlərini layihənin əvvəllərində planlaşdırmağı unutmayın.  

3-cü mərhələ:

Sistem inteqratorunu və layihənin reallaşdırılması üçün tərəfdaşınızı seçin

ERP bir neçə on illikdir ki mövcuddur və arasından seçim edə biləcəyiniz geniş çeşiddə sistemlər  var. Seçim prosesi zamanı üç şeyi yadda saxlayın: 

- Funksionallıq: Ehtiyaclarınız dəyişdikdə sistemi dəyişməyə asanlaşdıra bilmək üçün bu gün (ehtiyaclarınıza uyğun olaraq) lazım olan xüsusi funksionallığı uyğunlaşdırın. 

- İstifadə rahatlığı: Dizaynın nə dərəcədə tanış və intuitiv olduğunu görmək üçün istifadəçi interfeys dizaynını qiymətləndirmək – dizayn öyrənmək üçün asan və istifadə üçün rahat olmalıdır. 

- Dəstək: Nəhayət, sistem tərtibatçısı və/və ya layihənin reallaşdırılması üzrə tərəfdaş etibarlı, dürüst və ehtiyaclarınız və şirkət mədəniyyəti ilə uyğunlaşan olmalıdır.


Odoo text and image block

4-cü mərhələ: Tətbiqetmə

ERP tətbiqetməsinin travmatik və ağır olmağına ehtiyac yoxdur, lakin bəzi işlər görülməlidir. Uğurlu tətbiqetmələrin ortaq cəhətləri aşağıdakılardır:

- Cəhdləri idarə etmək üçün MS Project proqramı kimi standart izləmə vasitələrindən istifadə edin.

- Bütün tərəfdaşların layihə və onun inkişafı haqqında proses boyunca məlumatlı olmasını təmin edin.

- Təlimlərlə bağlı simiclik etməyin.

5-ci mərhələ: Sistem istifadəyə verildi, indi necə olacaq? 

Tətbiqetmə sistem istifadəyə verildikdən sonra bitmir. Yeni funksiyalar, buraxılışlar və təlimlər üzrə gündəmdə qalmaq vacibdir. Təkmilləşdirilmiş funksionallığa nəzər salın və işçilərinizi təlimləndirin. İşçiləriniz dəyişəcək, tətbiqləriniz dəyişəcək və bütün bunlar baş verərkən ERP aləmində eyni sürətlə hərəkət etdiyinizdən əmin olmaq istəyəcəksiniz. 

Yeni ERP tətbiqi travmatik bir təcrübə olmamalıdır. Doğru dəstək və doğru tərəfdaşlıqlar ilə, ERP-nin tətbiqini kabusdan uzaq, əla təcrübə ilə yaşaya bilərsiniz. Daha gözəl təcrübə üçün buyurun Əlaqə saxlayın